011900006957Yanvarın 16-da vergilər naziri Mikayıl Cabbarov Amerikanın Azərbaycandakı səfiri Robert Sekutanı gəbul edib.

Görüşdə Azərbaycan və ABŞ arasında vergi sahəsində ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Tərəflər əməkdaşlığın daha da möhkəmləndirilməsində və inkişafında maraqlı olduqlarını, işgüzar əlaqələrin bu əməkdaşlığa töhfə verdiyini bildiriblər.

Görüşdə ölkəmizin vergi mühiti, xarici investorlar üçün mövcud olan şərait, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Məlumatı Vergilər Nazirliyi yayıb.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment