21885Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları davam etdirilir.Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır.
Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin, onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.
Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.
Əlavə məlumat veriləcək.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment