shirvan.info-Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyəti bu gün,yanvarın 8-də özünün növbəti iclasını keçirmişdir. Partiyanın Mətbuat xidmətindən “Şirvan-Gündəm” RİA-ya daxil olan məlumatda deyilir:8 yanvar   2018-ci ildə,  Klassik Xalq Cəbhəsi Partiyası,  İdarə Heyətinin  növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər   müzakirə olunmuş,   müvafiq qərarlar qəbul edilmişdir.  İdarə Heyətinin yığıncağında  31 dekabr  2017-ci ildə,  İranın Bakıdakı böyük elçiliyi qarşısında keçirilən ənənəvi  piket  müzakirə edilmiş və dəyərləndirilmişdir. İdarə Heyətinin yığıncağında, İranda baş verən son olaylar müzakirə edilmişdir. KXCP, baş verənləri  yalnız fakt olaraq yox, imperiyaların  mütləq dağılması və bütöv Azərbaycan  məsələsi  kimi qiymətləndirməyi doğru  hesab edir.İdarə Heyətinin yığıncağında, “KXCP-nin 2018-ci il fəaliyyət istiqamətləri”nin müzakirəsi davam etdirilmişduir. İdarə Heyətinin yığıncağında, KXCP Ali Məclisinin növbəti sessiyasının  28 yanvar 2018-ci ildə  saat 11:00-da  keçirilməsi qərara alınmışdır.İdarə Heyətinin yığıncağında, 30 dekabr 2017-ci ildə keçirilən KXCP rayon (şəhər) şöbə sədrlərinin  Respublika müşavirəsinin  nəticələri dəyərləndirilmişdir.İdarə Heyətinin yığıncağında, itgin düşən alpinistlər onların indiyə qədər tapılmaması, gömrük rüsumlarının artması hakimiyyətdə bütün sahələr üzrə qeyri peşəkarlıq, dövlət vəsaitlərinin dağıdılması, talan edilməsi müzakirə edilmişdir.

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment