1515232471_2018-01-05-16-49-0641“Keçmiş SSRİ ərazisində müəllimlərin maaşı müasir dövrün, dünyanın tələblərinə cavab vermir”.

Aztəhsil.com xəbər verir ki, bunu “sherg.az”a müəllimlərin maaşının artırılmasından danışarkən iqtisadçı-ekspert Fuad İbrahimov deyib.

O bildirib ki, Azərbaycanda müəllimin normal fəaliyyət göstərməsi üçün maaşı 100 faiz belə qaldırılsa, bu, qaneedici deyil:

 

“Normal sivil qaydalara da uyğun maaşlar müəyyənləşdirilməlidir. Müəllimin dərs saatı çox ola bilər. Lakin hər bir vətəndaşın “istehlakçı səbəti” var. Verilən maaş bu normalara, “istehlakçı səbətinin” tələbinə cavab vermir. Müəllimin və digər vətəndaşların normal yaşam xərcləri artırılıb, kommunal xidmətlər, qida məhsulları bahalaşıb, yanacağın qiymətinin qalxması da digər vasitələrə təsir göstərir. Bütün bunları nəzərə aldıqda maaşların müasir dövrün dünya standartlarına uyğun olmadığını görürük. Yalnız Azərbaycanda deyil, MDB ərazisində bu problemlər qalmaqdadır.

 

Keçmiş SSRİ-də müəllimlərin maaşı elə yüksək deyildi. Lakin insanların aldıqları maaş onların “istehlak səbəti”nə cavab verir, xərclərini ödəyirdi. Çünki bu sistem elmi-tədqiqat institutlarının hesablamalarının nəticəsində müəyyən olunurdu. Ölkəmizdə isə müəllimlərin bugünkü maaşları normal həyat şəraiti qurmaq üçün yetərli deyil”.

Qeyd edək ki, 2018-ci il yanvarın 1-dən ötən ilin may-aprel aylarında diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Belə ki, Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq, mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur. Bu qərara əsasən, 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanından uğurla keçib təyin olunan 6 minə yaxın müəllimin də əmək haqqı artırılıb.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment