10719Məşhur Ukrayna futbolçusu Leonid Buryak  2017/18 –ci il Çempionlar Liqası finalının keçirilməsi hüququnun Kiyevdən alınması ilə bağlı suala cavab verərkən nədənsə Azərbaycanı xatırladıb.
Shirvan.info RİA Novosti-yə istinadən bildirir ki, L. Buryak deyib: “Mən çox səfərlər edirəm və daim də eşidirəm ki, Çempionlar Liqasının finalını qəbul etmək hüququnu Kiyevdən ala bilərlər. Yeri gəlmişkən, Azərbaycanla belə olmuşdu və onu belə bir imkandan məhrum etdilər. Əlbəttə, bütün bunlar qorxudur, azarkeşlərin davranışı – bu, özbaşınalıqdır. Qanun keşikçiləri stadionlarda olmalı və reaksiya verməlidirlər. Bu gün tribunalarda nələrin olduğu haqda düşünmək sadəcə, qorxuludur, uşaqları stadiona buraxmaq qorxuludur. Matçlara tamaşaçıların az gəlməsinin əsas səbəblərindən biri də budur”.
Sovet və Ukrayna futbolunun 64 yaşlı veteranı nələrisə qarışdırır. Azərbaycan heç vaxt futbol üzrə Çempionlar Liqası finalının keçirilməsi hüququnu almayıb və deməli, bizim ölkəmizi bu imkandan məhrum da edilməyib. Buryakın Bakını hansı şəhərlə qarışdırdığını demək çətindir, amma səhv göz qabağındadır.
Məlum olduğu kimi, Bakı Olimpiya Stadionu Çempionlar Liqası 2019-un finalının keçirilməsinə iddia edirdi. Amma nəticədə bu şans Madridə,  2018/19 mövsümünün Avropa Liqasının finalını keçirmək isə Bakıya qismət oldu.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment