adil_qeybulla_0Sabirabad rayonunda dərmandan zəhərlənən 14 yaşlı qızın ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Sabirabad rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Mürsəlli kənd sakini, 2003-cü il təvəllüdlü Gözəlova Leyla Şövqi qızı xəstəxanaya gətirilən zaman artıq ölü vəziyyətində olub.
Xəstəxanadan bildirilib ki, ağır vəziyyətdə olduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb:
“Təzyiq dərmanı qəbul etmişdi. Valideynlərinin sözlərinə görə, Leyla Gözəlovanın təzyiqlə bağlı heç bir problemi olmayıb. Ehtimal edilir ki, o, dərmanı intihar məqsədilə içib”.
Xəstəxanadan bildirilib ki, ailə Mürsəlli kəndində olduqca sakit və mədəni ailə kimi tanınıb:
“Qohumları bildirib ki, heç bir psixoloji problem olmayıb. Təzyiq dərmanını hansı məqsədlə atdığı məlum deyil”.
Tibb üzrə ekspert Adil Qeybulla açıqlamasında bildirib ki, təzyiq dərmanı qəbul etmək ölümlə nəticələnməməlidir:
“Vaxtında müdaxilə olunsaydı, təzyiqi çox aşağı düşsə belə, yeniyetməni xilas etmək mümkün ola bilərdi. Onun ölümündə müxtəlif faktorlar rol oynaya bilər. Əslində, 14 yaşlı şəxs uşaq sayılmır və səhhəti ilə bağlı problem yarananda böyüklərin həkiminə müraciət etmək lazımdır. Yeniyetmə səhhətinə aid olmayan dərman içirsə, bu ya səhvən, ya da özünə sui-qəsd məqsədilə ola bilər. Təzyiq dərmanı yüksək dozada qəbul edildikdə təzyiq həddən artıq aşağı düşə və bu da insan səhhətində müəyyən problemlərlə müşahidə oluna bilər. Ola bilsin, yaşından dolayı dərman yeniyetməyə əks-təsir göstərib və ya onun orqanizmi zəif olub. Amma burada zəhərlənmənin intihar nəticəsində, yoxsa yanlışlıq ucbatından baş verdiyi məlum olsa, daha dəqiq fikir söyləmək olar”.
Qeyd edək ki, Report-un məlumatına görə, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına rayonun Mürsəlli kənd sakini, 2003-cü il təvəllüdlü Gözəlova Leyla Şövqi qızı zəhərlənmə diaqnozu ilə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, yeniyetmə qız dünyasını dəyişib. İlkin məlumata görə, qızın dərman preparatından zəhərləndiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment