1513852626_s_7650“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Saatlı rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. Layihə çərçivəsində rayonun 7 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Kəndlərə içməli suyun verilməsi münasibətilə Saatlı rayonunun Əlisoltanlı kəndində açılış mərasimi keçirilib. Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda həyata keçirilən kommunal infrastruktur layihələrindən danışıb. Qeyd edib ki, içməli sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxladığını xatırladaraq son illər bu sahədə görülmüş işlər barədə məlumat verib: “Aran bölgəsində yerləşən Saatlı rayonunda içməli su təchizatı həmişə aktual olub. Dünya Banklı ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Saatlı şəhərinin su təchizatı infrastrukturu yenidən qurulub və əhali fasiləsiz rejimdə içməli su ilə təmin edilib. Rayonun kəndlərində icra olunan su layihələri də qısa müddətdə yekunlaşıb və kənd sakinləri yüksək keyfiyyətli içməli su ilə təmin ediliblər”.

Açılış mərasimində iştirak edən kənd sakinləri su təminatındakı problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Saatlı rayonunda icra olunan layihələr 7 yaşayış məntəqəsini – Mollavazlı, Bəylər, Əlisoltanlı, Potubəyli, Seyidlər, Qaracalar və Gomuşçu kəndlərini əhatə edib. Kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Kür sutəmizləyici qurğuları-Sabirabad-Saatlı magistral su kəməri seçilib və kəmərdən kəndlərə çıxışlar verilib. Yaşayış məntəqələrində müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 15,4 km olan su xətləri çəkilərək ümumi istifadə üçün 48 ədəd bulaq quraşdırılıb. Ümumilikdə, yeni su təchizatı layihələrindən Saatlı rayonunun 7 kəndinin 10 min nəfərdən çox sakini faydalanıb.

Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub.

Saatlının 7 kəndində yeni içməli su təchizatı yaradılıb-
Saatlının 7 kəndində yeni içməli su təchizatı yaradılıb-
Saatlının 7 kəndində yeni içməli su təchizatı yaradılıb-
Saatlının 7 kəndində yeni içməli su təchizatı yaradılıb-
Saatlının 7 kəndində yeni içməli su təchizatı yaradılıb-

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment