122000006328Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yanvarın ortalarında Avropa ölkələrindən birində keçirilməsi nəzərdə tutulur. Bu barədə bu gün Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekununa həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Vyanada nazirlərin danışıqları 9 saatdan çox davam edib.

O qeyd edib ki, tərəflər fikir ayrılıqları olan məsələlərin razılaşdırılması yollarını müzakirə ediblər.

“Biz həmsədrlərdən növbəti görüş üçün təkliflər gözləyirik. Bizim üçün danışıqların səmərli olması vacibdir”, deyə Məmmədyarov bildirib.

Öz növbəsində, Türkiyə XİN başçısı Mövlut Çavuşoğlu bildirib ki, Türkiyə Azərbaycan üçün məqbul olan istənilən qərarı dəstəkləyəcək.

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün əvvəlcə Azərbaycan torpaqlarından qoşunlarını çıxarmalı və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment