8633Qubada bankomatdan oğurluğun qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan İstiqlal.az-a verilən məlumata görə, rayonun Zərdabi qəsəbə sakini 1994-cü il təvəllüdlü Asim Cabbarov gecə saatlarında Quba şəhər Yeni Avtovağzal ərazisində yerləşən Kapital Bankın ATM köşkündəki bankomatdan oğurluğa cəhd edərkən RPŞ-nin əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə gətirilib.
Saxlanılan zaman onun üzərindən cinayətdə istifadə etdiyi bir ədəd metal ling, bir ədəd mətbəx bıçağı, bir ədəd maska və bir cüt əlcək maddi sübut kimi götürülüb.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment