21774Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə daha səmərəli işləməlidir.
Trend-in məlumatına görə, bunu “Moskva-Bakı” portalına müsahibəsində Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov deyib.
G.Züqanov qeyd edib ki, münaqişənin həll olunması üçün düzgün qərarlar mövcuddur: “Gəlin birlikdə həll yollarını tapaq. Bu məsələdə hər kəs maraqlıdır”.
Onun sözlərinə görə, Rusiyanın Qafqaz regionundakı siyasəti daha düzgün, səmərəli və nüfuzlu ola bilərdi: “Bu, həm Azərbaycanla, həm Ermənistanla, həm də Gürcüstanla münasibətlərə aiddir”.
O, həmçinin Rusiya-Azərbaycan-İran formatının potensialından da danışıb: “Hesab edirəm ki, Rusiya-Azərbaycan-İran formatı özünü dayanıqlı və səmərəli göstərək. Bizim bir çox istiqamətlərdə yaxşı perspektivlərimiz var. Bu, istehsalatın inkişafı, neft-qaz sənayesi və Xəzər dənizinin sərvətlərindən istifadə olunmasına aiddir”.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment