21724“İlin qalibləri” mükafatlandırma mərasimində “İlin legioner futbolçusu” nominasiyası üzrə “Qarabağ”ın hücumçusu Dino Ndlovu Azərbaycandakı karyerası ilə bağlı fikir və təəssüratlarını bildirib.
- İlk dəfə Çempionlar Liqasında iştirak etdiniz. Bu liqa karyeranıza nələr qatdı?
- Mənim üçün çox əla bir təcrübə idi. İlk təcrübəmdə dünyanın nəhəng komandalarına qarşı üz-üzə gəldim. Komanda olaraq “Roma”, “Çelsi” və “Atletiko” ilə gələcəyimizə ilk addımlarımızı atdıq. Bu liqada qazandığımız təcrübə ilə gələcəkdə daha böyük işlər görə bilərik.
- “Atletiko” ilə keçirilən matçda qırmızı vərəqə almışdınız. Bu qərarı haqlı hesab edirsinizmi?
- Oyundan sonra da vurğulamışdım ki, çox üzücü bir vəziyyət oldu. Doğrusu, bu qərarı gözləmirdim. Futbolçuyam, işim futbol oynamaqdır. Ancaq bütün azarkeşlər gördü ki, orada nəinki qırmızı vərəqə, heç penalti də yox idi.
- “Qarabağ”da xoşbəxtsinizmi?
- 100 faiz. Gördüyünüz kimi, burdayam. Komanda ilə məşqlərimi davam etdirirəm. Məncə, bu sualı komandanın rəhbərliyinə də vermək lazımdır (gülür). Transfer haqqında düşünmürəm.
- Baş məşqçinin sizdən nə kimi tələbləri olur?
- Qurban Qurbanov çox böyük ürəyi və möhkəm xarakteri olan bir insandır. O, hər şeyini komandaya verməyə çalışır və onun komanda üzərində böyük əməyi var. Üzdən bəlkə də çox yumşaq biri kimi görünür. Ancaq içində hər zaman uğur qazanmaq arzusu, əzmi yatır. Futbolçulardan 100 faizdən daha artıq performans tələb edir. Və onun belə tələbkar olması bu gün “Qarabağ”ın böyük uğurlara imza atmasına səbəb olur.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment