21712Azərbaycan milli komandasının futbolçusu Dimitri Nazarov 2017-ci ilin ən yaxşı oyunçusu seçilib.
“Report” xəbər verir ki, 27 yaşlı hücumçusu formasını geyindiyi Almaniyanın “Aue” klubunun azarkeşləri tərəfindən bu ada layiq görülüb.
O, səslərin 33 faizini toplayıb. İkinci yeri 26 faiz səslə komandanın kapitanı Martin Mannel tutub. Kristian Tiffert isə 12 faiz səslə 3-cü olub.
Qaliblər uşaqlar üçün təşkil olunmuş yeni il şənliyində mükafatlandırılıblar. Komanda üzvlər azyaşlı fanatlara avtoqraf paylayıblar.
Qeyd edək ki, Dmitri Nazarov 2017-ci ildə “Aue”nin heyətində Almaniya II Bundesliqasında 11 qol vurub.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment