121200006226Dekabrın 12-də Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistandan Azərbaycanlı qaçqınların (Çıraqov və başqaları) habelə Azərbaycandan erməni qaçqın Sarkisyanın şikayətləri üzrə qərar çıxarıb.

Avropa Məhkəməsi Azərbaycanın Laçın rayonunun sakinləri Çıraqov, Cəbrayılov, Həsənov, Paşayev və digər iki şəxsin hüquqlarının pozulduğu qənaətinə gəlib.

İddiaçılar 1992-ci ildə mülkiyyətlərinin ermənilər tərəfindən ələ keçirildiyini, bundan sonra vətənlərinə qayıda bilmədiklərini bildiriblər.

Ermənistan hakimiyyəti təqsirli bilinib və üzərinə hər bir iddiaçı mənəvi ziyana görə 5 min avro və bütün iddiaçılara ümumi xərclərə görə 28,642 funt sterlinq ödəmək öhdəliyi qoyulub.

Eyni zamanda, məhkəmə qeyd edir ki, hazırda maddi ziyanı hesablamaq mümkün görünmür.

Avropa Məhkəməsi elə bu gün ailəsi 1992-ci ildə Qarabağ münaqişəsi zamanı Gülüstan kəndindən qaçmaq məcburiyyətində qalan ərizəçi Sarkisyan barəsində də, demək olar ki, eyni qərar çıxarıb.

Məhkəmə Azərbaycan hakimiyyətinin Sarkisyanın ailəsinə mənəvi ziyana görə 5 min avro və ümumi xərclər üçün 30 min avro ödəməli olduğu barədə qərar verib.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment