120700006129Dekabrın 7-də Bakı Apellyasiya Məhkəməsi 2010-2017-ci illərdə Turan agentliyinə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsinin qanunsuz olması ilə bağlı agentliyin iddiasını qəbul etməyib.

Vidadi Məmmədovun sədrliyilə məhkəmə heyəti Turan agentliyinin Vergilər Nazirliyinə qarşı iddiasını təmin etməyən 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

İddiada hüquqi əsas olmadığına görə 2010-2017-ci illərdə Turan agentliyinə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərarın etibarsız və qanunsuz olmasının tanınması xahiş edilib.

Oktyabrın 11-də Müseyib Bayramovun sədrliyilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı məqbul saymayıb və bunu səyyar yoxlamanın inzibati akt olmaması və ondan məhkəməyə şikayət verilməməsilə bağlı vergi nümayəndələrinin dəlillərinə əsaslanıb.

Bu gün hakim Vidadi Məmmədovun həmin qərarı açıqlayıb.

Vəkil Fuad Ağayev cavabdehin dəlilləri və məhkəmənin qərarı ilə razı olmadığını bildirib. O deyib ki, Vergilər Nazirliyinin 7 sentyabr 2016-cı ildə təsdiqlədiyi “Səyyar vergi yoxlamalarının icraatı qaydaları”na əsasən vergi ödəyicisi yoxlama barədə qərardan şikayət vermək hüququna malikdir.

F.Ağayev qeyd edib ki, iddiaçı Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

O deyib ki, Vergilər Nazirliyinin qanundan yan keçməklə özbaşına yoxlama təyin etməsi sahibkarları çıxılmaz vəziyyətə salır. Belə ki, onlar həmin hərəkətlərdən məhkəmələrə şikayət edə bilmirlər. Bu, Turan agentliyi ilə bağlı da belə olub.

Məlum olduğu kimi, avqustun 7-də Turan agentliyinə qarşı külli miqdarda vergidən yayınma ittihamı irəli sürülüb. Bir neçə günün içində cinayət işi başlanıb, üçillik, sonra isə yeddillik yoxlamalar başlanıb. Ancaq tezliklə iş bağlanıb, borclar isə “ləğv edilib”

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment