tramp_abdullahABŞ Prezidenti Donald Trampla Fələstin rəhbəri Mahmud Abbas arasında telefon danışığı baş tutub.
Shirvan.info xəbər verir ki, danışıq zamanı Ağ Ev rəhbəri Tel-Əvivdə yerləşən ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi ilə bağlı Abbasa məlumat verib.
Tramp bu məqsədlə İordaniya kralı Abdullahla da telefon danışıq aparıb.
Trampla İordaniya kralı II Abdullah arasında telefon danışığının bəzi məqamları açıqlanıb.
Ski Nyus Arabia (Sky News Arabia) kanalı İordaniya kralı II Abdullahın ABŞ səfirliyinin Qüdsə köçürülməsinin Yaxın Şərqdə təhlükəsizliyə ciddi təhdid olacağı barədə Trampa xəbərdarlıq etdiyini bildirib.
Kral həmçinin qeyd edib ki, bu addım ABŞ administrasiyasının sülh prosesinin bərpasına təzyiqi və müsəlman və xristianların heysiyyatına toxunması demək olardı.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment