14639“Mən Ukraynanın azadlığı və oliqarxlardan azad olunması üçün öz həyatımı ortaya qoyacağam”.
APA-nın məlumatına görə, bunu Kiyevdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldıqdan sonra kütlənin təzyiqi ilə sərbəst qalan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib.
M. Saakaşvili “Facebook” vasitəsilə canlı yayımda bütün kiyevliləri küçəyə çıxmağa çağırıb: “Sizi Maydana toplaşmağa və Ukraynanı Pyotr Poroşenko və onun dəstəsindən azad etmək prosesinə başlamağa çağırıram. Heç nədən qorxmayın. Biz milyonlarlayıq. Polis onları sevmir. Ordu bizim tərəfdədir”.
Qeyd edək ki,  Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru M. Saakaşvili bu gün evində axtarış aparılarkən yaşadığı binanın damına çıxıb və intihar edəcəyi ilə hədələyib. Daha sonra o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Lakin kütlə onu güc strukturlarına məxsus avtobusdan çıxarıb.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment