14264180_1748633875403554_5600360719816622116_nMüsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşudova Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanı qorunması üzrə vəzifəni yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədildikdə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələrilə ittiham irəli sürülüb. Bunu Ə.Xurşudovun vəkili Nemət Kərimli bildirib.

Vəkil polis şöbəsində Ə.Xurşudovla görüşdüyünü söyləyib və hadisənin təfərrüatı ilə bağlı aşağıdakları bildirib: “Ə.Xurşudov bir evdə usta kimi işləyirmiş, noyabrın 22-də işin sonuna yaxın ev sahibi evə gəlib və Ə.Xurşudovu ailəsinə sataşmaqda ittiham edib, mübahisə yaranıb, sonra daha iki nəfər evə gəlib, Ə.Xurşudova fiziki təzyiq göstəriblər. Sonra isə hadisə yerinə polis gəlib və polis də Ə.Xuşudovu ona müqavimət göstərməkdə və ayağını əzməkdə ittiham edib”.
N.Kərimli deyir ki, bundan sonra Ə.Xurşudovu polis şöbəsinə aparıblar, noyabrın 23-ü səhərə yaxın saat 4-də dindiriblər.
Vəkil deyir ki, Ə.Xurşudov ev sahibilə mübahisənin doğru olduğunu deyir, qalan bütün hadisələri şər-böhtan adlandırır.
Xatırladaq ki, Ə.Xurşudov noyabrın 22-si axşam saatlarında polis tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Onun saxlanması səbəbləri barədə hər hansı açıqlama verməyib. Yalnız partiyanın rayon fəallarına “məhkəmədə bilərsiniz” cavabı verib.
Müsavat Partiyasından isə bildiriblər ki, Ə.Xurşudov Şirvan şəhərində vətəndaşların inzibati üsulla “Yeni Azərbaycan” Partiyasına üzv qəbul edilməsi ilə bağlı sosial şəbəkədə statusla çıxış edib və buna görə saxlandığını ehtimal edirlər.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment