6162Moskva vilayət məhkəməsində beynəlxalq yükdaşıma ilə məşğul olan sürücülərə qarşı quldurluq hərəkəti edən azərbaycanlılara hökm oxunub. Lent.az-ın məlumatına görə, Seymur Zeynalovun başçılıq elədiyi 6 nəfərlik dəstə Moskva vilayətində yük avtomobili sürücülərinə basqın edərək onların pullarını, bəzi hallarda isə yüklərini əllərindən alıblar.Məhkəmə istintaqı sübut edib ki, dəstə üzvləri  quldurluq yoluyla bir milyon dollara yaxın vəsait əldə edib.Moskva vilayət məhkəməsi Seymur Zeynalovun 16,  digər dəstə üzvləri Hüseyn Hüseynovun 15, Fuad İsgəndərov, Namiq Abbasov, Qafar Əliyevin 14, Şamo Salmanovun isə 13 il müddətinə həbs edilməsi barədə qərar çıxarıb.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment