21343Çexiya tennisinin keçmiş ulduzu Yana Novotnı vəfat edib. Apasport.az saytının məlumatına görə, 49 yaşlı veteran uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Neçə vaxtdı xərçəng xəstəliyindən əziyyət çəkən Yana Nyu-York şəhərindəki klinikaların birində vəfat edib.
2005-ci ildə adı Tennisin Şərəf Zalına daxil edilən Novotnı karyerası ərzində Qadın Tennis Assosiasiyasının (WTA) turnirlərində 100 mükafat qazanıb. Bunlardan çoxu – 76-sı cütlərin mübarizəsində olub.
Novotnı 12 dəfə cütlərin, 4 dəfə qarışıq cütlərin yarışında “Böyük Dəbilqə” turnirinin qalibi adına yiyələnib. Çexiyalı karyerasının ən böyük uğurunu isə 1998-ci ildə fərdi yarışda Uimbldon turnirini qazanmaqla gerçəkləşdirib.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment