shirvan.info-Klassik Xalq Cəbhəsi Partiyası Elçibəyin 80 illik yubileyi ilə bağlı tədbirlər planını müzakirə etmişdir.

Bu gün, noyabrın 20-də,  Klassik Xalq Cəbhəsi Partiyası,  İdarə Heyətinin  növbəti yığıncağı keçirilmişdir. Partiyanın Mətbuat xidmətindən verilən məlumata görə, yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər   müzakirə olunmuş,   müvafiq qərarlar qəbul edilmişdir. İdarə Heyətinin yığıncağında,  Qarabağ probleminin həlli ilə bağlı mətbuatda aparılan, ictimai fikri aldatmağa  hesablanmış və mahiyyət etibarı ilə,  Azərbaycanın ərazi bütövlüyünə müdaxilə xarakterli  son  təbliğat  siyasəti müzakirə edilmişdir. KXCP, hər görüş  və səfərlərlə  Qarabağ problemini  “həll” etmək istəyənlərin,  işin mahiyyətindən  xəbərsiz, səriştəsiz, düşmən dəyirmanına su tökənlər olduğunu bəyan edir.Yığıncaqda, 20 noyabr 1991-ci ildə  vertalyot qəzasında qətlə yetirilmiş   dövlət xadimlərinin xatirəsi yad edilmişdir.KXCP, Türk dünyasının  əfsanəvi  atleti, dəfələrlə  olimpiada və dünya çempionu olmuş, Naim Süleymanoğlunun  vəfatına görə, onu sevənlərə dərin hüznlə baş sağlığı verir, ALLAHdan rəhmət diləyir.İdarə Heyətinin yığıncağında, 2018-ci ilin AXC ili elan olunması ilə bağlı, tədbirlər planı müzakirə edilmişdir.İdarə Heyətinin yığıncağında, Elçibəyin 80 illik yubileyi ilə bağlı tədbirlər planı müzakirə edilmişdir.

 

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment