5223Azərbaycan prezidenti İlham Əliyev velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ilin iyun ayında Bakı şəhərində  keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
 Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov,
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Təşkilat Komitəsinin üzvləri
Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı,
Yusuf Məmmədəliyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri,
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti,
Fazil Məmmədov – Azərbaycan Respublikasının vergilər naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti,
Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri,
Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri,
Kəmaləddin Heydərov–Azərbaycan Respublikasının fövqəladə hallar naziri,
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri,
Ramin Quluzadə–Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri,
Əbülfəs Qarayev-Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri,
Oqtay Şirəliyev– Azərbaycan Respublikasının səhiyyə naziri,
Mikayıl Cabbarov–Azərbaycan Respublikasının təhsil naziri,
Aydın Əliyev-Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri,
Mədət Quliyev- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi,
Firudin Nəbiyev-Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi,
Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi,
Cahangir Əsgərov-“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti,
Balababa Rzayev–“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri,
Çingiz Hüseynzadə–Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti.
Təşkilat Komitəsi 2018-ci il 5-9 iyun tarixində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirməlidir.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment