1437Azərbaycanın ucqar nöqtəsində, düşmənlə üz-üzə rayonlarımızdan olan Gədəbəydə misli görünməmiş qanunsuzluqlar baş verməkdədir. İcra başçısı Ramiz Yediyarov sahibkara qaşı şəxsi qərəzini dövlətin gücündən istifadə etməklə obyektni polis gücünə əlindən almaqla ifadə edib. Gədəbəy rayon sakini, sahibkar Fəxrəddin Fərəməz oğlu Bağırov baş verənlərdən dolayı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə müraciət edib.
Ölkənin rəhbər şəxslərinə ünvanlanan müraciətdə deyilir:
“Hörmətli cənablar, hörmətli Mehriban xanım.
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov və rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunui sahibkarlıq fəaliyyəti ilə məşğıil olduğum, şəxsi mülkiyytimdə olan obyektim və torpaq sahəm, içərisində külli miqdarda mal və materiallar, avadanlıqlarla ələ keçirilib. Bütün işçitərim zorla obyektdən kənarlaşdırılıb, müşahidə kameraları sındırılıb, borc olmadan obyekt səbəbsiz olaraq elektrik şəbəkəsindən açılıb. Faktiki olaraq obyektim ələ keçirilib. Obyektə dəxli olmayan torpaq sahəmə kommunal müəssisələr kombinatının ağır texnikası salınaraq hündürlüyü 1.5 metr, uzunluğu 100  metr olan daş hasar darmadağın edilib. Hazırda obyektim və orada olan malların taleyindən xəbərim yoxdur. Törədilən bu əməllərin səbəbi obyektimin qarşısının qanunsuz hasarlanması ilə bağii mətbuat vasitəsilə sizə şikayət etməyimdir. Xahiş edirəm icra başçısı və polis əməkdaşlarının obyekdən  kənarlaşdırılması, törədilən misli görünməmiş özbaşınalığın səbəbkarlarının və icraçılarının cəzalandırılması üçün müvafiq orqanlara göstəriş verəsiniz. Bir sahibkar, vergi ödəyicisi və vətəndaş kimi sizdən xahiş edirəm həyatıma və əmlakıma qarşı yaradılmış təhlükənin aradan qaldırılmasını təmin edəsiniz”.
Xatırladaq ki, R.Yediyarovun göstərişinə əsasən iş adamının obyektinin qarşısına 6 il əvvəl hasar çəkilib. Sahibkarın uzun-uzadı müraciətlərindən sonra İcra Hakimiyyətindən ona cavab verilib ki, hasarı obyektin qarşısına guya özü çəkib. Bu cavabı alandan sonra sahibkar həmin hasarın demontajına qərar verib. Bu isə başçını qəzəbləndirib və sahibkarın, hər bir Azərbaycan vətəndaşının Konstitusiya ilə qorunan mal-mülk toxunulmamazlığı hüququna qəsd olunub. Bu görünməmiş qanunsuzluq hazırda da davam edir.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment