1020743909İsrailin Qolan təpələri istiqamətindən Suriyaya giriş planı ortaya çıxıb.
Shirvan.info  “Yerusəlim Post”a istinadən xəbər verir ki, Suriya sərhədində yerləşən Dürzi kəndinin əhalisini qorumaq üçün ordu hazırlıqlar görür.
“Son saatlarda Dürzi istiqamətində silahlı atışmaların aktivləşdiyini müşahidə etdik. Suriya tərəfdən gələn istənilən silahlı hücumun qarşısının alınması üçün ordu hücuma keçməyə hazırdır”, – deyə ordu sözçüsü Ronen Manelis bildirib.
Qeyd edək ki, Suriya istiqamətindən Dürzi kəndinə bir neçə raket zərbəsi endirilib.
Hücum zamanı ölən, yaxud yaralananların olması barədə məlumat yoxdur.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment