20973Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçması ilə bağlı təqsirləndirilərək həbs edilən müğənni Fədayə Məmmədova (Laçın) vəkilindən imtina edib.
İstiqlal.az xəbər verir ki, bu barədə unikal.org-a daxil olan məlumatda bildirilir ki, Fədayə Məmmədova dövlət hesabına təyin olunan vəkil Rəfiqə İsmayılovanın hüquqlarının müdafiəsindən imtina edib.
Artıq Fədayə Məmmədovanın yeni vəkili də müəyyənləşib. Ailəsi bir qədər əvvəl yeni vəkillə müqavilə bağlayıb.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment