shirvan.info-Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı mübarizə başladı.

Səudiyyə Ərəbistanı kralının fərmanı ilə dünən,noyabrın 4-də  Korrupsiya ilə Mübarizə Komitəsi  yaradılıb. Vəliəhd şahzadəsinin rəhbərlik etdiyi bu Komitə hakim ailənin nümayəndəsi olan 11 şahzadənin və krallığın hazırkı hökumətinin tərkibindəki 4 nazirin həbs edilməsinə dair qərar qəbul edib. “RİA Novosti”-nin verdiyi xəbərə görə, yerli mətbuatda bildirilir ki, şahzadələrdən biri silah-sursatın tədarükü ilə bağlı qanunsuz sazişlər imzaladığı üçün həbs edilib. Digər şahzadə saxta müqavilələr imzalamaqda, daha biri isə pulların “yuyulması”nda ittiham olunur.

 

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment