bfbbf6a2-927e-4142-8107-20daf556ee32Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, Biləsuvar rayon Xırmandalı kənd sakini, 1991-ci il təvəllüdlü Teymurova Zeynab Fəyaz qızı əri və qayınanası tərəfindən döyülüb.
Yaralı qadın ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının gətirilərək, Cərahiyyə şöbəsinə yerləşdirilib.
Qadının dediyinə görə, o, əri ilə 5 ay əvvəl ayrı yaşamağa başlayıb. Bu gün ərinin xalası qadını çağıraraq, cehiz əşyalarını aparmasını tələb edib. Z.Teymurova Uzuntəpə kəndinə gedib. Bu zaman əri və qayınanası tərəfindən döyülüb.
Daha sonra Biləsuvarda yaşayan qayınanasının bacısının evində Z.Teymurovanı iplə asmağa cəhd ediblər. Lakin səs-küy yarandığından bu istəklərinə nail olmayıblar.
Faktla bağlı araşdırma aparılır.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment