12614Quba rayonunda dəhşətli yanğın hadisəsi baş verib. Hadisə dünən gecə saat 23:30 radələrində rayonda yerləşən evlərin birində olub.
“Sputnik” xəbər verir ki, həmin ev rayonun keçmiş icra başçısı Mübariz Ağayevə məxsusdur. Evin 8 otağı əşyalarla birgə yanıb və yararsız vəziyyətə düşüb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə xidmətinin yanğınsöndürmə maşınları cəlb olunub. Yanğın 2 saatdan çox davam edib.
Qeyd edək ki, Mübariz Ağayev Quba ryonunda 2012-2015-ci illərdə icra başçısı vəzifəsində çalışıb

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment