44Oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
İstiqlal.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla bildirir ki, paytaxtda səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu yarımadada gecə 14-16°, gündüz 20-25°, Bakıda gecə 14-16°, gündüz 23-25° isti olacaq.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15°, gündüz 21-26°, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment