225361e463fd87994f2a4f99399e8ab5Macarıstan hökuməti  Ukrayna-NATO sammitinin çağırılmasına veto qoyub.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Nazirin bəyanatı Macarıstan XİN-in rəsmi saytında yerləşdirilib.
Bəyanatda qeyd olunur ki, Ukraynanın təhsil haqqında qanunu etnik azlıqların hüquqlarını pozur.
“Macarıstanın vetosunu nəzərə almamaq mümkün deyil, çünki NATO sammitinin çağırılması üçün quruma üzv olan ölkələrin yekdil qərarı gərəkdir”, bəyanatda vurğulanıb.
Qeyd edək ki, sentyabrın 5-də Ukrayna Ali Radası tərəfindən “Təhsil haqqında” qəbul edilən qanunu ayın 25-də prezident P.Poroşenko təsdiqləyib. Qanun etnik azlıq nümayəndələri olan şagirdlərin yalnız 5-ci sinfədək  ana dilində oxumalarını, bundan sonra təhsillərini yalnız Ukrayna dilində davam etdirmələrini nəzərdə tutur(APA).

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment