214065_res_01Bu gün axşam saatlarında Şirvan şəhərində piyadanın vurularaq ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, “Ədalət” və “Təzadlar” qəzetinin bölgə müxbiri işləmiş 61 yaşlı Səxavət Məmmədli Heydər Əliyev prospektində yolu keçmək istəyərkən, onu Dövlət Neft Şirkətinə məxsus 90-JS-404 dövlət nömrə nişanlı avtobus vurub.

Ağır xəsarətlər almış jurnalist Şirvan şəhər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, Səxavət Məmmədli son vaxtlar “Həftə içi” qəzetinin bölgə müxbiri işləyirdi.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment