20909Aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-8-ci km-lik hissəsində (Bakı Su İdman Sarayından Bibiheybət məscidinə qədər olan hissəsi – hər iki istiqamət) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən Modern.az-a verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq.
Sürücülərdə alternativ olaraq sözügedən yolun “20-ci sahə” ərazisindən keçən hissəsindən istifadə etmələri tövsiyə olunur.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment