20876Azərbaycan Ordusunun oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu Saatlı rayonunda torpağa tapşırılacaq.
Saatlı Rayon İcra Hakimiyyətindən “Report”un Aran bürosuna verilən məlumaata görə, dəfn mərasimi oktyabrın 23-nə nəzərdə tutulub.
Qeyd olunur ki, şəhidin cənazəsi sabah Saatlı rayonuna gətiriləcək.
Cabbar Zeynalov 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində doğulub. 2017-ci il aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Bu gün 18 yaşında şəhidlik zirvəsinə ucalıb.
Allah rəhmət eləsin!

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment