22627644_1938019819850461_961309922_nshirvan.info-“Regional Sosial Araşdırmalar” İctimai Birliyi Hacıqabulda ictimai müzakirə keçirib.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Regional Sosial Araşdırmalar”  İctimai Birliyi  “Gənclərin məşğulluğuna həsr olunmuş araşdırmaların aparılması və ictimai  müzakirənin təşkili”  layihəsi çərçivəsində  ictimai müzakirələri davam etdirir.Bu gün, oktyabr ayının 17-də   “Regional Sosial Araşdırmalar” İctimai Birliyi növbəti ictimai müzakirəsini Hacıqabul rayonunda keçirib. shirvan.info-nun tədbirdə iştirak edən müxbiri  xəbər verir ki, İctimai Birliyin sədri və layihənin rəhbəri Şükür İzzətoğlu layihə  haqqında geniş çıxış edib. Ş.İzzətoğlu iştirakçılara məlumat verdi ki, layihənin əsas mahiyyəti regionlarda gənclərin məşğulluq vəziyyətinin səviyyəsini öyrənmək və işsizliyin əsas səbəblərini aşkar etməkdən ibarətdir. Bu məqsədlə 3 regionda (Şirvan, Hacıqabul, Sabirabad) tədqiqatlar aparılacaq və Şirvan şəhərində ictimai müzakirə keçiriləcəkdir.

Layihə vasitəsilə dövlətin məşğulluq siyasətində  işsız gənclərin yeri, onlar üçün yeni iş yerlərinin yaradılması mexanizmi, qeyri-məşğul gənclərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər, cəmiyyətin inkişafı üçün  gənclərin əməyindən səmərəli istifadə edilməsi yollarının axtarılması  həyata keçiriləcəkdir.

Layihənin əsas məqsədi işsiz gənclərin sosial hüquqlarının müdafiəsi işinin təşkil edilməsi sahəsində qəbul edilən qərarların və aparılan islahatların dövlət orqanları tərəfindən  yerinə yetirilməsinə ictimai nəzarəti gücləndirmək və bu problemə ictimaiyyətin diqqətini cəlb etməklə gənclərin məşğuılluğunun artırılmasına nail olmaqdan ibarətdir.

shirvan.info

22554649_1938023296516780_1823161920_n (1)

a

RSA HASQA

 

 

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment