wnqy2_1508151613_955Amerika Birinci Futbol Liqası (MLS) komandası olan “Orlando City”də oynayan braziliyalı ulduz Kaka Kolumbiya ilə keçirilən matçda son dəfə forma geyinib.
Təcrübəli futbolçu 1-0 hesabı ilə məğlub olduqları oyun öncəsi göz yaşlarına hakim ola bilməyib.
3 ildir formasını geyindiyi “Orlando City” ilə müqaviləsini təzələməyəcəyini deyən 35 yaşlı futbolçu matçdan sonra açıqlama verib:
“Mənim üçün duyğu yüklü bir gün idi. Gün boyunca burada keçirdiyim 3 il içində bu şəhər və klubda yaşadıqlarımı xatırlamışam”.
Kaka kariyerası ərzində ölkəsində “Sao Paulo”, İtaliyada “Milan”, İspaniyada “Real Madrid” klublarında top qovub. O, 2014-cü ildə qurulan “Orlando City” klubunda 77 matçda 25 qol vurub.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment