OLYMPUS DIGITAL CAMERAshirvan.info-Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Regional Sosial Araşdırmalar” İctimai Birliyi  “Gənclərin məşğulluğuna həsr olunmuş araşdırmaların aparılması və ictimai  müzakirənin təşkili”  layihəsi çərçivəsində növbəti  ictimai müzakirəsini bu gün,oktyabrın 10-da  Sabirabad şəhərində keçirib.

“Şirvan-Gündəm” RİA-nın məlumatına görə, Birliyin sədri və layihənin rəhbəri Şükür İzzətoğlu layihə  haqqında geniş çıxış edib. O qeyd edib ki, layihənin əsas mahiyyəti regionlarda gənclərin məşğulluq vəziyyətinin səviyyəsini öyrənmək və işsizliyin əsas səbəblərini aşkar etməkdən ibarətdir. Layihə vasitəsilə dövlətin məşğulluq siyasətində  işsız gənclərin yeri, onlar üçün yeni iş yerlərinin yaradılması mexanizmi, qeyri-məşğul gənclərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər, cəmiyyətin inkişafı üçün  gənclərin əməyindən səmərəli istifadə edilməsi yollarının axtarılması  həyata keçiriləcəkdir.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment