4013Azərbaycan Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.
DİN-in mətbuat xidmətindən İstiqlal.az-a verilən məlumata görə, son vaxtlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhəd keçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün vətəndaşlardan Nazirliyə müraciətlər daxil olmaqdadır.
Məlumatda bildirilib ki, cari ilin iyun ayından etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsi ilə vətəndaşlar DİN-in rəsmi veb saytına (http://mia.gov.az/?//content/liability) daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər:
“Yeri gəlmişkən, qeyd edilən İnteraktiv pəncərədə iki variantda axtarış aparmaq mümkündür. Birinci variantda soyad, ad, ata adı və doğum tarixini qeyd etməklə, digər variantda isə şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və şəxsin doğum tarixini göstərmək lazımdır. Daxil etdiyi məlumatın düzgünlüyünə əmin olması üçün vətəndaşlara hər iki variantda axtarış aparmaları tövsiyə olunur. Əgər şəxs axtarışdadırsa, qırmızı rəngdə “Diqqət, siz borclu kimi axtarışdasınız!” cümləsi ekrana çıxır və həmin şəxs barəsində məlumatlar, o cümlədən axtarışı ilə bağlı hansı polis orqanına müraciət etməsi göstərilir. Vətəndaş borcunu müvafiq qaydada ödədikdən sonra onun barəsindəki məhdudiyyət aradan qaldırılır. Şəxs axtarışda deyilsə, o zaman ekranın aşağı hissəsində yaşıl rəngdə “Axtardığınız parametrlərə uyğun borclu barədə məlumat tapılmamışdır” cümləsi yazılır. Bu isə sorğu edilən şəxsin borclu kimi axtarışda olmadığının göstəricisidir”.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment