14448994_121498884976922_838505683592925465_nshirvan.info-Şirvanlı müəllim Əli Bəşirliyə “Əməkdar müəllim” fəxri adı verildi.

Hər il olduğu kimi, bu il də “Müəllim günü” ərəfəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə bir qrup təhsil işçilərinə fəxri adlar verilmişdir. Keçən il olduğu kimi, bu il də fəxri ada layiq görülənlər arasında Şirvan şəhərinin nümayəndəsi də vardır. Bu dəfə fəxri ada Şirvan şəhər 4 saylı orta məktəbin fiziki tərbiyə müəllimi Əli Allahverdi oğlu Bəşirli də layiq görülmüşdür. “Şirvan-Gündəm” RİA-nın kollektivi adından həmyerlimizi təbrik edir və ona gənc nəslin təlim-tərbiyəsində yeni-yeni uğurlar arzulayırıq.

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment