shirvan.info-Bu gün KXCP İdarə Heyətinin növbəti yığıncağı keçirilib.
Bu barədə “Şirvan-Gündəm” RİA-ya Klassik Xalq Cəbhəsi Partiyasının Mətbuat xidmətindən məlumat verilmişdir. Məlumatda deyilir: 2 oktyabr 2017-ci ildə, KXCP İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
Yığıncaq iştirakçıları dünya şöhrətli alim Lüfi Zadənin xatirəsini sayğı ilə yad etmişlər. Vəsiyyətinə uyğun olaraq Lüfi Zadənin Bakıda dəfn edilməsi Azərbaycan xalqının ləyaqətli övladına vəfa borcu kimi qiymətləndirilmişdir.
KXCP İdarə Heyəti hakimiyyətin sentyabr ayında keçirilən mitinqə razılıq verməsinə baxmayaraq vətəndaşlara qarşı mitinq qabağı başladığı basqıları bu gün də davam etdirməsindən narahatlığını bildirmişdir. Qaradağ rayon polisi əmkdaşları KXCP üvzləri Şahin Musayev, Cəmaləddin Ağayev və Mahmud Hüseynovu zor tətbiq etməklə evlərindən götürərək polis idarəsin aparmışlar. KXCP hakimiyyət orqanlarından mitinqlə bağlı həbs etdiyi bütün vətndaşları azad etməyi, vətəndaş hüquqlarını qorumağı, qanunlara və insan haqlarına sayğı ilə yanaşmağı tələb edir.
KXCP hakimiyyətdən vətəndaşına qarşı zor tətbiq etməkdənsə Kataloniyada İspaniya dövlətinin konstitutsiyasını qoruyan İspaniya hökümətindən nümuunə götürərək işğal altındakı torpaqlarımzı azad etməyə çağırır.
İdarə Heyyəti KXCP Ali Məclisinin növbət sessiyasının 15 oktyabr 2017-ci il taruxində, saat 11.00-da çağrılması ilə bağlı qərar qəbul etdi.
 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment