2605Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarlarının olduğu yüzlərlə avtomobil və mikroavtobus karvanı Ukraynanın Lvov şəhərində – Polşa ilə sərhəddə onu qarşılamağa çıxıb.
Bu barədə RİA Novosti məlumat yayıb.
Bildirilir ki, Saakaşvilinin tərəfdarları siyasətçinin sərhədi keçəcəyinə və buraxılış məntəqəsində sərhədçilərin keçmiş qubernatoru ölkə ərazisinə buraxacaqlarına qədər qalacağına əmindirlər.
Polis nümayəndələri bildiriblər ki, gecə ərzində Polşayla sərhəddə, buraxılış məntəqəsi yaxınlığında qanun pozuntusu və bu qəbildən olan digər hər hansı hadisə qeydə alınmayıb.
Amma o da bildirilir ki, sərhəddə Saakaşvilinin ölkəyə daxil olmasına maneçilik törədilərsə, kütlə hücum edərək sərhəd məntəqəsini ələ keçirməyə çalışa bilər.
Virtualaz.org xatırladır ki, , Kiyevdə çalışan jurnalist Denis Kazanski dünən “Facebook” səhifəsində Ukraynanın “Krakovets” sərhəd buraxılış nəzarət məntəqəsində tələm-tələsik tikanlı məftil hasarı çəkildiyini yazmışdı. Qeyd etmişdi ki, məqsəd Polşadan Ukraynaya keçmək istəyən Mixail Saakaşvilinin qarşısını almaqdır.
Bir az əvvəl isə məlum olub ki, Ukrayna sabiq prezident Mixail Saakaşvilinin Tbilisiyə verilməsi haqda Gürcüstanın sorğusuna baxacaq. Bu barədə virtualaz.org-a Ukraynanın Ədliyyə Nazirliyindən bildiriblər. Nazirlikdən təsdiq ediblər ki, Kiyev Tiflisdən həqiqətən də Mixail Saakaşvilinin axtarışı, saxlanılması və ekstradisiyası ilə bağlı sorğu alıb. Və Baş prokurorluq hazırda bununla əlaqədar ekstradisiya yoxlaması aparır.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment