1e9dea90-fcfd-4bf6-97be-a3d7e315b330_292_1Dəyən ziyanı dəqiqləşdirmək və nəticələri aradan qaldırmaq üçün tədbirlər görülür

Bir neçə gün əvvəl Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Bum meşəbəyliyinin Abrıx, Dandıx, Solquca kəndləri ətrafındakı meşə sahələrində baş vermiş yanğının 80 faizi Ekologiya və Təbii Sərvətlər (ETSN) və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının səyləri nəticəsində söndürülüb.
Bu barədə ETSN-in mətbuat xidmətindən məlumat verilib.
Belə ki, hazırda bir-birindən aralı məsafələrdə yerləşən kiçik közərtilərin söndürülməsi işləri Dandıx-Tikanlı, Dandıx-Solquca istiqamətlərində davam etdirilir.
Xatırladaq ki, baş vermiş yanğınla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf rayonlardakı meşə müəssisələrinin, qoruq və milli parkların, o cümlədən mərkəzi aparatın əməkdaşları artıq 5 gündür ki, ərazidədir.
Təxirəsalınmaz və operativ tədbirlər davam etdirilir.
ETSN-də dəyən ziyanı dəqiqləşdirmək və nəticələri aradan qaldırmaq üçün tədbirlər görülür.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment