20013Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti qələbəsini qazanıb.
Virtualaz.org bildirir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv VIII tur çərçivəsində San Marino yığmasını böyük hesabla məğlub edib – 5:1
Əvvəlcə, 20-ci dəqiqədə Əfran İsmayılov fərqlənib – 1:0.
Azərbaycan yığmasının ikinci qolunu Araz Abdullayev vurub.
Birinci hissə 2:0 hesabı ilə başa çatıb.
İkinci hissədə, görüşün 57-ci dəqiqəsində Əfran İsmayılov dubl edib – 3:0.
Oyunun 71-ci dəqiqəsində avtoqol qeydə alınıb. Belə ki, San-Marino millisinin futbolçusu Miçel Cevoni topu öz qapısına vurub. Üç dəqiqə sonra san-marinolu futbolçu Mirko Palazzi hesab arasındakı fərqi azaldıb – 4:1.
Matçın 81-ci dəqiqəsində Rəşad Sadıqov San-Marino millisinin qapsına təyin olunmuş cərimə zərbəsini dəqiq yerinə yetirib – 5:1.
Qeyd edək ki, bu zəfər sayəsində milli yer aldığı C qrupunda 10 xalla 3-cü pilləyə yüksəlib. Yeri gəlmişkən, Azərbaycan yığması bunadək 2014-cü il dünya çempionatının seçmə mərhələsində 9 xal toplamışdı.
Onu da qeyd edək ki, VIII tura bu gün Bakı vaxtı ilə saat 22:45-də start götürəcək Şimali İrlandiya – Çexiya və Almaniya – Norveç qarşılaşmaları ilə yekun vurulacaq.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment