21245332_1456433224422129_1327901179_n02 sentyabr 2017-ci il tarixdə Almaniyanın Duysburq şəhərində  ictimai fəal Pərviz Abdullayev, Əli Həsənəliyevin və Rövşən Cabbarovun təşkilatçılığıyla “Siyasi məhbuslara azadlıq” çağırışıyla mitinq keçirilmişdir.

Mitində Almaniyanın müxtəlif şəhərlərində yaşayan 40-a yaxın Azərbaycanlı mühacir iştirak etmiş, ölkədə siyasi məhbuslarla bağlı vəziyyətə öz münasibətlərini sərgiləmişlər. Mitinqi giriş sözüylə açan Pərviz Abdullayev iştirakçıları salamladıqdan sonra tədbirin məqsədini açıqladı. O, qeyd etdi ki, ölkədə olan ictimai-siyasi vəziyyət haqqında beynəlxalq ictimaiyyətə məlumat çatdırmaq, Azərbayacanda 165-dək siyasi məhbusun olmasına diqqət çəkmək əsas məqsəddir. Gənc ictimai fəal qeyd etdi ki, ölkədə demokratik mühitdən əsər-əlamət qalmayıb və buna tənqidi münasibətdə olanlar ya məhbusluq həyatı yaşayır, ya da ölkədən didərgin düşüblər.

Bundan sonra söz alan ictimai fəal, “bizimtribuna.info” saytının rəhbəri Fəridə Hüseynova xüsusi olaraq siyasi partiya üzvlərinin, QHT nümayəndələrinin, jurnalistlərin, sahibkar və biznesmenlərin məhbusluq həyatı yaşadıqlarını qeyd etdi,  eyni zamanda onların arasında gənclərin və xanımların olmasını xüsusi vurğulayaraq İlkin Rüstəmzadənin, Qiyas İbrahimovun, Bayram Məmmədovun, Gözəl Bayramlının, Əziz Orucovun, Rəşad Ramazanovun, Fuad Əhmədlinin və s. adlarını çəkdi.

Daha sonra Rövşən Cabbarov, Taleh Qasımzadə və digərləri çıxış edərək siyasi məhbusların azad olunmasının vacibliyini vurğuladılar. Mitinqin növbəti mərhələsində iştirakçılar siyasi məhbusların adlarını çəkərək onlara azadlıq tələbilə şüarlar səsləndirdilər və “Rədd olsun diktatura”, “Rədd olsun sülalə hakimiyyəti” kimi şüarlar səsləndirdilər. Çıxışçılar Azərbaycanda siyasi məhbuslarla bağlı problemlərin başında prezident İlham Əliyevin dayandığını, siyasi plüralizmin məhv edilməsinə onun iradəsilə qərar verildiyini qeyd etdilər.

Mitinqə qoşulan Almaniya vətəndaşlarına Azərbaycandakı siyasi vəziyyət haqqında məlumat verdikdən sonra Fəridə Hüseynova beynəlxalq təşkilatlara edilən müraciəti oxudu. Müraciətdə Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməməsi xüsusi qeyd olunur və tələb edilir ki, Azərbaycana qarşı sərt tədbirlər görülsün.

Tədbir “Siyasi məhbuslara azadlıq” şüarlarıyla başa çatdı.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment