19878Yay “transfer pəncərəsi”nin son günündə “Qarabağ” növbəti futbolçu transferini həyata keçirib.
“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yunanıstanın PAOK klubunda çıxış edən Pedro Enrike bu mövsümü icarə əsasında Azərbaycan təmsilçisinin heyətində keçirəcək
27 yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir.
Qeyd edək ki, daha öncə İsveçrənin “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə Fransanın “Renn” klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment