2605Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin qardaşı David Saakaşvili Kiyevdə polislər tərəfindən saxlanılıb.
Bu barədə Saakaşvili özünün “Facebook” səhifəsində məlumat verib. Onun sözlərinə görə, hüquqşunas olan qardaşı bu gün səhər saatlarında polis tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb:
“Ukraynanın daxili işlər naziri Arseniy Avakovun adamları qardaşımı evdən çıxan zaman saxlayıblar. Onun Ukraynada yaşamaq üçün icazəsi var. Onlar hesab edirlər ki, bu cür addımlarla ölkəyə (Red-Ukranya) gəlməyimə nail olacaqlar. Siz məni çox pis tanıyırsız! Bu addımınız mənim Ukraynanı və Ukrayna vətəndaşlarını özbaşınalıqdan müdafiə etməklə bağlı qətiyyətli mövqeyimi daha da möhkəmləndirir”.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment