199Qəbələ rayonunun Solquca və Abrıx kəndləri yaxınlığındakı meşə ərazisində avqustun 28-də başlamış yanğın davam edir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Mia.az-a bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətindən 91 nəfər şəxsi heyət (46 nəfər Bakı qarnizonu şəxsi heyəti), 4 yanğınsöndürmə avtomobili, Mülki Müdafiə Qoşunlarından 58 şəxsi heyət, 4 texnika, Şimal-Qərb Regional Mərkəzindən 20 şəxsi heyət, 4 texnika, Aviasiya dəstəsinin 1 yanğınsöndürmə helikopteri yanğının söndürməsi işlərinə cəlb olunub. Eyni zamanda, Qəbələ Rayon İcra Hakimiyyətinin və Meşə Təsərrüfatı İdarəsinin 50 canlı qüvvəsi və 13 müxtəlif təyinatlı texnikası cəlb olunub.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisənin baş verdiyi rayondadır. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment