mehman-aliyev-232x300“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilməsinə dair Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Bu haqda avqustun 30-da Bakı Apellyasiya Məhkəməsində qərar çıxarılıb.
Mehman Əliyevin vəkili həbs qərarından apellyasiya şikayəti vermişdi. Şikayətdə həbs qərarının qanunsuz və əsassız olduğu bildirilirdi.
Amma məhkəmə apellyasiya şikayətini təmin etməyib.
Vəkil Fariz Namazlı açıqlamasında bildirib ki, Mehman Əliyev haqqında həbs-qətimkan tədbiri seçilməsinə dair qərardan Avropa Məhkəməsinə şikayət olunacaq.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment