mehman-aliyev-1-300x2874 jurnalist “Turan” İnformasiya Agentliyinin həbsdəki direktoru Mehman Əliyevin azadlığa buraxılmasına yardım etməsindən ötrü prezident İlham Əliyevə müraciət göndərib.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Jurnalistikanın inkişafına yardım Mərkəzi”nin rəhbəri Qulu Məhərrəmli və müstəqil jurnalist İbrahim Nəbioğlu M.Əliyevin məhkəməyədək azadlığa buraxılmasından ötrü zamin durduqlarını müraciətlərində ifadə ediblər.
Müraciətdə M.Əliyevin Azərbaycan mediasının özünüidarəçilik mexanizminin formalaşmasında böyük xidmətlərinin olduğu vurğulanır.
”M.Əliyev 26 il ölkənin ilk müstəqil informasiya agentliyinə rəhbərlik edib. Ondan əvvəl də yalnız mediamızda yüksək peşəkarlıq nümunələri sayılan KİV-lərdə çalışıb. Digər tərəfdən, hazırda vergi orqanlarının “Turan” Agentliyinə qarşı irəli sürülmüş ittihamlar üzrə istintaq hərəkətlərinin M.Əliyev azadlıqda qalmaqla aparılmasına heç nə mane olmur. Agentliyin direktoru istintaqa təsir göstərməyə cəhd etməyib və həmkarımızı uzun müddət tanıyan şəxslər kimi əminik ki, etməyəcək. Bunun təsdiqi üçün biz M.Əliyevə zamin durmağa hazırıq”, – müraciətdə deyilir.
Müraciətdə qeyd edilir ki, M.Əliyevə irəli sürülən ittihamlar iqtisadi xarakterlidir. Ancaq bu həbs ictimai rəydə jurnalistin peşə fəaliyyətinə görə, təqib olunduğu görüntüsü yaradır.
“M.Əliyevin, həqiqətən, hakimiyyətin fəaliyyəti ilə bağlı ardıcıl tənqidi çıxışları olub. Lakin onlar etik qaydalar və qarşı tərəfə hörmətli münasibət çərçivəsindən kənara çıxmayıb”, – müraciət müəllifləri qeyd edirlər.
Onlar daha sonra yazırlar:
“Azərbaycanın ən yaxın tarixində media və jurnalistlərlə bağlı böhranlı anlarda dövlət başçılarının işə qarışaraq gərginliyi aradan qaldırması halları az olmayıb. Çox ümid edirik ki, cəmiyyətdə bu ənənənin davamı kimi qiymətləndiriləcək addım atacaqsınız”.
Ölkə başçısından istintaq dövründə Mehman Əliyevin azadlığa buraxılmasından ötrü müvafiq göstəriş verməsi xahiş edilir.
Mehman Əliyev saxlandıqdan sonra Mətbuat Şurası da prezidentə müraciət etmişdi. Həmin müraciətdə prezidentdən xahiş edilirdi ki, M. Əliyevlə bağlı insidentin Azərbaycan qanunları çərçivəsində ədalətli həllini tapmasına köməyini əsirgəməsin.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment