shirvan.info-Sabah,avqustun 26-da hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin proqnozuna görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə  21-24°, gündüz 28-33°, Bakıda gecə 22-24°, gündüz  31-33°  isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə  24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26, Türkan, Hövsan, Sahil, Şıxda  26-27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da, sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

 

 

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment