1816shirvan.info-Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda körpənin quyuya atılması hadisəsi ilə bağlı məlumat yayıb.
Rəsmi məlumatda bildirilib ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib.
Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.
Hadisə yerinə gələn Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ)əməkdaşları tərəfindən uşağn meyiti su quyusundan çıxarılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment