haciqabul-qetliamshirvan.info-Hacıqabulda ağır silahlı münaqişə baş verib. Nəticədə 5 nəfər ölüb, bir nəfər yaralanıb. Bir nəfər silahlı şəxs Bayram İbrahimov küçəsində Qəmbərovlar ailəsinə məxsus evə basqın edərək, ailə üzvlərini güllələyib. Silahlı şəxs ailə üzvlərinin 4 nəfərini öldürüb, birini isə yaralayıb.

Öldürülənlər 1988-ci il təvəllüdlü Namiq Nazim oğlu Qəmbərov, 1953-cü il təvəllüdlü Nazim Əliağa oğlu Qəmbərov, 1962-ci il təvəllüdlü Gülbağda Eynulla qızı Qəmbərova və 1958-ci il təvəllüdlü Bibilər Malik qızı Qəmbərovadır.

Ailə üzvü 1947-ci il təvəllüdlü Məmməd Əliağa oğlu Qəmbərov isə yaralanıb.

Hadisə zamanı ölən beşinci şəxs evə basqın edəndir. Əvvəlcə belə məlumat yayıldı ki, basqınçı Qəmbərovlar ailəsini gülləbaran edəndən sonra özünü öldürüb. Sonradan onu hadisə yerinə gələn polislərin zərərsizləşdirdiyi xəbər verildi.

Basqınçının kimliyinə gəlincə, o, 1971-ci il təvəllüdlü, Hacıqabul şəhər sakini Mübariz Qibləli oğlu Mehdiyevdir.

Məlumatlara görə, M.Mehdiyevlə Qəmbərovlar ailəsi arasında Rusiyadan başlanan mübahisə olub. Bir neçə gün bundan əvvəl Rusiyadan Hacıqabula gələn M.Mehdiyev mübahisəni Qəmbərovlar ailəsinıə basqınla bitirməyə qərar verib.

 

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment